Hindistan və ABŞ birgə silah istehsalı imkanlarını öyrənirlər

Hindistan və ABŞ birgə silah istehsalı imkanlarını öyrənirlər
  20 Fevral 2023    Oxunub:758
Hazırda Hindistan və ABŞ “M777” yüngül haubitsasının yeni variantını birgə inkişaf etdirmək və istehsal etmək imkanlarını araşdırır.
Bu barədə Hindistan Müdafiə Nazirliyinə istinadən “The Print” nəşri məlumat yayıb. Ehtimal olunur ki, yeni silahların atəş məsafəsi daha da artırılacaq. Qeyd olunib ki, Hindistanın baş nazirinin milli təhlükəsizlik müşaviri Ajit Doval və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan fevralın əvvəlində Vaşinqtonda müvafiq mövzunu müzakirə ediblər.

Plan həyata keçərsə, Hindistan quru qüvvələri tərəfindən artıq alınmış 145 haubitsanın atış məsafəsini artırmaq mümkün olacaq. Bundan başqa, Hindistan öz ərazisində yeni artilleriya qurğuları istehsal etmək hüququ əldə etməyi və sonra ixraca başlamağı gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti