Baydeni Ukraynada belə qorudular - FOTOLAR

   Baydeni Ukraynada belə qorudular -    FOTOLAR
  20 Fevral 2023    Oxunub:1427
Bazar ertəsi səhər ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri zamanı ABŞ Hərbi Hava Qüvvələrinin üç kəşfiyyat təyyarəsi Ukraynanın qərb sərhədi yaxınlığında növbətçilik edib.
Bu barədə Flightradar 24 portalı məlumat yayıb. Qeyd olunur ki, bazar günü axşamdan etibarən Ukraynanın Lvov vilayətinin sərhədləri yaxınlığında, Polşa səmasında ABŞ-ın iki kəşfiyyat təyyarəsi - “Boeing RC-135” strateji kəşfiyyat təyyarəsi və “Boeing E-3 Sentry” erkən xəbərdarlıq təyyarəsi növbətçilik edib.

Amerikanın "Boeing KC-135R Stratotanker" tanker təyyarəsi də uçuş zonasında olub. Səhər onlara "Boeing E-3 Sentry" qoşulub.

Qeyd edək ki, Bayden bazar ertəsi elan olunmamış səfərlə Kiyevə gəlib və Vladimir Zelenski ilə görüşüb.











Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti