Bayden Kiyevə niyə gözlənilməz səfər etdi?

 Bayden Kiyevə niyə gözlənilməz səfər etdi?
  20 Fevral 2023    Oxunub:1626
"Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur".
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukraynaya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Obama Ukrayna məsələlərini Baydenə tapşırıbmış.

- O da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı. Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var. Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Volodimir Zelenskini əks-hücuma həvəsləndirəcək. Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərdə Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib, - ekspert qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bayden  





Xəbər lenti