Zelenski Baydenlə görüşdən sonra: "Rusiyanın revanşa şansı qalmadı"

      Zelenski Baydenlə görüşdən sonra:    "Rusiyanın revanşa şansı qalmadı"
  20 Fevral 2023    Oxunub:746
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra Kiyevə güclü hərbi dəstək gözlədiyini açıqlayıb.
Ukrayna lideri brifinqdə deyib: "Bu gün biz ölkəmizə tədarük edilə biləcək uzaq mənzilli silahlar məsələsini də müzakirə etdik. Hansı ki, bundan əvvəl olmayıb. Bu, çox vacib amildir", - Zelenski bildirib.

O, Ukraynaya güclü müdafiə dəstəyi paketinin gözləndiyini açıqlayıb.

"Hazırda belə bir güclü paket Rusiyanın revanş cəhdlərində heç bir şansının olmayacağına dair birmənalı siqnaldır. Biz birlikdə şəhərlərimizi, xalqımızı rus terrorundan qoruyacaq və qələbəmiz üçün olacaq təkanları güclü şəkildə gücləndirəcəyik", - Ukrayna Prezidenti vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti