Məşhur İran sobaları Ermənistanda da fəsadlar törədir - FOTO
"Fevralın 20-də saat 08:45 radələrində Tumanyan küçəsində yerləşən ikimərtəbəli evdə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə yerinə iki xilasedici heyət yola düşüb. Lakin onlar əraziyə çatana qədər yanğın söndürülüb. Zərərçəkənlər, 1989-cu il təvəllüdlü N.Q və 1983-cü il təvəllüdlü X.S Milli Yanıq Mərkəzinə yerləşdiriliblər", - məlumatda deyilir.
Maraqlıdır ki, hadisə yerindən çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Ermənilər İran istehsalı olan bu sobaların təhlükəli olduğunu iddia edirlər. Qeyd edək ki, İran sobaları Azərbaycanda xeyli can alıb. Bu onun təhlükəsizlik şərtlərinə riayət olunmadan istehsal edilməsindən xəbər verir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Soba Ermənistan