Türkiyədə zəlzələdə ölənlərin sayı 41 156 nəfərə çatıb

   Türkiyədə zəlzələdə ölənlərin sayı 41 156 nəfərə çatıb
  20 Fevral 2023    Oxunub:1808
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 min 156 nəfərə çatıb, yaralananların sayı isə 108 000-i ötüb..
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

AzVision.az


Teqlər:





Xəbər lenti