Ruslar ərzaq göndərdi, Xankəndidə talon dayandırıldı

  Ruslar ərzaq göndərdi,  Xankəndidə talon dayandırıldı
  20 Fevral 2023    Oxunub:1193
Bu gün Qarabağdakı separatçı rejim yerli ermənilərə talonların verilməsi prosesinin müvəqqəti dayandırılması barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, qondarma rejimin "Mənzil Məsələləri Komitəsinin" yaydığı məlumatda deyilir ki, “Hörmətli ermənilər, nəzərinizə çatdırırıq ki, texniki səbəblərdən bəzi növ ərzaq və zəruri malların satışı, alışı üçün nəzərdə tutulmuş kuponların verilməsi müvəqqəti olaraq dayandırılıb. Xidmət məntəqələrinin işi bərpa olunan kimi mənzil komitəsi əlavə məlumat verəcək".

Ruslar Qarabağ ermənilərinə 35 ton ərzaq payladılar - VİDEO
Qeyd edək ki, Ermənistan mediasında bu xəbər birmənalı qarşılanmayıb. Bəzi siyasətçilər iddia edirlər ki, son vaxtlar Rusiya sülhməramlılarının bölgəyə çatdırdığı ərzaqlar sayəsində kupon sisteminə ehtiyac qalmayıb. Xatırladaq ki, bu gün sülhməramlı kontingent Xankəndiyə 35 ton ərzaq aparıb.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Ermənistan   Talon  





Xəbər lenti