Acı təsadüf : o zəlzələdə doğuldu, bu zəlzələdə öldü

      Acı təsadüf :   o zəlzələdə doğuldu, bu zəlzələdə öldü
  17 Fevral 2023    Oxunub:1481
Türkiyənin Qaziantep şəhərində 17 avqust 1999-cu ildə Gölcükdə baş verən zəlzələ günü doğulan Osman Enes Baştürk adlı gənc Kahramanmaraşda baş verən zəlzələ zamanı həyatını itirib.
Zəlzələdə qardaşını qorumaq istəyərkən həlak olan Osman Enesin anası Asiye Baştürk bildirib ki, gecə saatlarında titrəyişlə oyanıb və uşaqlarının yanına getmək istəyərkən divar onun üstünə uçub.

"Osman güclü, qardaşını qurtaracaq dedim. Oğlum qardaşına sipər oldu, amma özünü qurtara bilmədi. Kiçik oğlum dağıntılar altından sağ çıxdı, amma o həlak oldu. Osman doğulduğu gecə əməliyatdan çıxanda xəstəxanada generatorlar işləyirdi. Bunlar niyə işləyir deyə soruşduğumda İstanbulda zəlzələ olduğunu bildirdilər. O zəlzələdə doğuldu, bu zəlzələdə öldü".

Zəlzələdə xəsarət alan Emirhan Baştürk zəlzələ gecəsi qardaşı ilə eyni otaqda yatdığını bildirib.

"Zəlzələ olanda bir-birimizi qucaqladıq. Bu zaman 1-2 dəqiqə huşumu itirdim. Binanın uçma səsini eşitdim. Bina tamamilə uçdu. Qardaşım ayağımın dibində ölmüşdü. Anamın səsi içəridən, atamınki isə çöldən gəlirdi. Anama səsləndim, qardaşımı soruşdu. Səsinin gəlmədiyini bildirdim. Çimdikləməmi istədi. Qardaşımı çimdiklədim, amma səsi gəlmədi, əlini tərpətdim, reaksiya olmadı. O özünü mənə sipər etdi".





Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti