Ukraynanın infrastrukturuna dəyən ziyan açıqlandı

   Ukraynanın infrastrukturuna dəyən ziyan açıqlandı
  17 Fevral 2023    Oxunub:674
Avropa İttifaqı münaqişə ili ərzində Ukraynanın infrastrukturuna dəyən ziyanı 129 milyard avro dəyərində qiymətləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilib.

Bildirilib ki, ötən ilin fevralın 24-dən Ukraynada beynəlxalq səviyyədə tanınmış 152 mədəniyyət obyekti zədələnib və ya dağıdılıb.

Təşkilatın məlumatına görə, bu obyektlərin demək olar ki, yarısı dini tikililər, otuzu tarixi bina, qalanları isə mədəniyyət mərkəzləri, abidələr, muzeylər və kitabxanalardır. Bu obyektlər əsasən Kiyev, Xarkov və Donetskdə yerləşirdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti