Avropa İttifaqı Ukraynaya maliyyə yardımını artıra bilər

   Avropa İttifaqı Ukraynaya maliyyə yardımını artıra bilər
  17 Fevral 2023    Oxunub:799
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukrayna da daxil olmaqla, silah tədarükünün maliyyələşdirilməsi üçün Avropa Sülh Fondunun həcminin 2 milyard avro artırılmasını müzakirə edəcəklər.
Bu barədə “TASS”a Aİ-nin xarici siyasət xidmətindəki mənbə bildirib. Onun sözlərinə görə, bu müzakirə Ukraynaya gələcək hərbi yardımın təşkilinin ümumi sxeminin müzakirəsi ilə paralel gedir.

Avropa Sülh Fondu 2021-ci ilin martında münaqişələrin qarşısının alınması və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi imkanlarını artırmaq məqsədi ilə yaradılıb. İlkin olaraq 2021-2027-ci illər üçün fonda 5,7 milyard avroya yaxın vəsaitin ayrılması planlaşdırılırdı.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti