Hürriyət: İstanbulda güclü zəlzələ baş verə bilər

      Hürriyət:    İstanbulda güclü zəlzələ baş verə bilər
  17 Fevral 2023    Oxunub:1323
“Ekspertlər Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələnin İstanbulda təkrarlanacağını gözləyirlər”.
Bu barədə “Hürriyet” qəzeti yazıb. Seysmoloqlar bildiriblər ki, İstanbul Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında, Şimali Anadolu sınmasının Mərmərə dənizinin altından keçən hissəsindən 15-20 kilometr cənubda yerləşir. “Yəni Kahramanmaraş zəlzələsi İstanbul zəlzələsinin başlanğıcıdır”, - məqalədə deyilir.

Qeyd olunub ki, İstanbulda hər birində orta hesabla 3,3 nəfər olan 1 milyon 164 min bina və 4,5 milyon mənzil var. 7,5 bal və daha yüksək zəlzələ 13 492 binanın kritik, 39 325 binanın isə ciddi şəkildə zədələyəcək. İstanbuldakı binaların 70%-nin 2000-ci ildən əvvəl tikildiyi məlumdur.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti