Qayalar yuvarlandı, 49 nəfər öldü

   Qayalar yuvarlandı,    49 nəfər öldü
  17 Fevral 2023    Oxunub:1330
Hatayın Kırıkhan rayonunun Bektaşlı kəndində zəlzələnin təsiri ilə dağdan qopan qayalar yuvarlanaraq birmərtəbəli evlərin üzərinə düşüb.
Zəlzələ nəticəsində dağılan evlərdə 49 nəfər həyatını itirib. O anları izah edən Emine İlgen "Bir çox qaya qopdu, qonşularım çaxnaşmaya düşdü və qayalara görə kəndi tərk etdilər. Hamı getdi, biz qaldıq. Mən də getmək istəyirdim, qorxdum. Evlər dağıntılar altındadır", -deyib.


Yaşananları anlatan Abdullah İlgen: "Həyat yoldaşımla yatırdıq. Birdən titrəyiş oldu. Hərə bir yana qaçdı. 15 nəfər dağıntılar altında qalmışdı. Dağdan daşlar yuvarlandı, dağ yarıldı", -bildirib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti