KİV: “İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar alıb”

      KİV:    “İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar alıb”
  17 Fevral 2023    Oxunub:874
“İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar almaqla öz nüvə proqramını inkişaf etdirməyə davam edir”.
Bu barədə TASS Avropa İttifaqının xarici siyasət xidmətindəki mənbəyə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Avropada İranın nüvə proqramı narahatlıq doğurur. Mənbə əlavə edib ki, Tehran uranın zənginləşdirilməsi üçün fəal şəkildə yeni sentrifuqalar əldə edir.

Eyni zamanda, Münhen Konfransı çərçivəsində ölkə nümayəndə heyəti tədbirə dəvət olunmadığından İran nümayəndələri ilə heç bir danışıqlar aparmaq imkanı olmayacaq.

“Tehran fəal şəkildə nüvə proqramını inkişaf etdirməyə davam edir, uranın zənginləşdirilməsi üçün sentrifuqalar və digər texniki imkanlar əldə edir. Bu, ciddi narahatlığa səbəb olur”, - mənbə izah edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti