Kremldən Minskin Bayden-Putin görüşü təklifinə reaksiya

Kremldən Minskin Bayden-Putin görüşü təklifinə reaksiya
  17 Fevral 2023    Oxunub:948
Kreml Vaşinqtonun Aleksandr Lukaşenkonun Minskdə Rusiya və ABŞ liderləri arasında danışıqlara dair təşəbbüsünü dəstəkləyəcəyinə şübhə edir.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Lukaşenkodan Baydenə təklif: "Boinq" göndərim, Minskə gəl"
"Yəqin ki, Ağ Evdən ABŞ prezidentinin Polşadan başqa hansısa ölkədə dayanmağı planlaşdırmadığı barədə bəyanatları eşitmisiniz . Ona görə də Vaşinqton çətin ki, bu təşəbbüsə cavab versin”, – Peskov jurnalistlərə açıqlamasında qeyd edib.

Putinə gəlincə, Rusiya Federasiyasının prezidenti belaruslu həmkarı ilə hər zaman dialoqa hazırdır. Onun sözlərinə görə, Putin və Lukaşenko arasında bugünkü görüş Novo-Oqaryovoda keçiriləcək,

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Bayden   Kreml  





Xəbər lenti