“Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 30 illik ehtiyacını ödəyə bilər”

   “Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 30 illik ehtiyacını ödəyə bilər”
  30 Yanvar 2023    Oxunub:1162
“Qara dənizdə kəşf edilmiş qaz ehtiyatları ölkənin yaxın 30 il üçün tələbatını ödəyə bilər”.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib deyib. Dönməz etiraf edib ki, kəşf edilən yeni yataqlarla bu müddət daha da artacaq. Onun sözlərinə görə, Qara dənizin dərinliklərindən qaz hasilatının birinci mərhələsi 2023-cü ilin martına planlaşdırılır.

“Ölkədə təbii qaz emalı zavodunun tikintisi başa çatıb, zavod qazı dənizdən alacaq. Mütəxəssislər mərhələli şəkildə obyektin istifadəyə verilməsi üçün sınaqlara başlayır. Bildiyiniz kimi, bizim xarici qazdan asılılığımız 95%-i ötür. Ümid edirəm ki, Qara dəniz qazı zamanla bu yükü yüngülləşdirəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti