"Səfirliyə hücumun arxasında İran hakimiyyəti dayanır"

   "Səfirliyə hücumun arxasında İran hakimiyyəti dayanır"
  30 Yanvar 2023    Oxunub:988
“Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktı və cinayətdir. Bunun arxasında İran hakimiyyəti dayanır və məsuliyyət daşıyır”.
AzVision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“Əminəm ki, Azərbaycanın tələbləri və İran hakimiyyətinin törətdiyi bu cinayətlərlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın, terror aktını törədənlərin cəzalandırılmasına gətirib çıxarmalıdır. Baş verən terror aktını dini cameə də qətiyyətlə pisləyir. Dövlət Komitəsi olaraq bunu lənətləyirik”, - o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti