Erməni əsgər ağır güllə yarası alıb
![Erməni əsgər ağır güllə yarası alıb Erməni əsgər ağır güllə yarası alıb](https://azvision.az/photos/2023/01/zinvo-1604146366-1675061656.jpg)
"İlkin məlumatlara görə, N saylı hərbi hissənin hərbi qulluqçusu silahla davranış qaydalarının pozması səbəbindən güllə yarası alıb. Hərbçinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır", - məlumatda deyilir.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə Sputnik Ermənistan-a açıqlamasında deyib ki, əsgər artıq əməliyyat olunub:"Yaralı əsgər İrəvan Mərkəzi Hərbi Hospitalına çatdırılıb və əməliyyat olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir, həkimlərin nəzarəti altındadır".
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Əsgər