Almaniya və Fransa SEPAH-ın terror təşkilatı kimi görür

   Almaniya və Fransa SEPAH-ın terror təşkilatı kimi görür
  30 Yanvar 2023    Oxunub:633
Almaniya və Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqında terror təşkilatı kimi tanınması ideyasını dəstəkləyir.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Berlin və Paris Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən iclasında SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyiblər.

Üç həftə ərzində Aİ-də bununla bağlı rəy hazırlanacağı gözlənilir. Nəşrin sitat gətirdiyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bir çox üzv dövlətlərin bu təklifi dəstəklədiyini təsdiqləyib.

Qeyd edək ki, yanvarın 18-də Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Aİ rəhbərliyini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağıran qətnaməni təsdiqləyiblər. Sənəd məsləhət xarakteri daşıyıb.

AzVision.az


Teqlər:





Xəbər lenti