Şentop: “Azərbaycan və-Pakistanla əlaqələrə xüsusi əhəmiyyət veririk”

      Şentop:    “Azərbaycan və-Pakistanla əlaqələrə xüsusi əhəmiyyət veririk”
  30 Yanvar 2023    Oxunub:648
“Rəsmi Ankara Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələrə xüsusi əhəmiyyət verir”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.

Mustafa Şentop qeyd edib ki, bu il Türkiyə-Pakistan diplomatik əlaqələrin 75-ci ili tamam olur. Şentop diplomatik münasibətlərdə müsbət tərəqqinin olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib. Şentopun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə xüsusi önəm verir.

Durrani isə öz növbəsində sel fəlakətindən sonra Türkiyənin Pakistanla yaxından maraqlanmasından məmnunluğunu ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti