Səfirliyə hücum edən İran vətəndaşıdır - YENİ DETALLAR
![Səfirliyə hücum edən İran vətəndaşıdır - YENİ DETALLAR Səfirliyə hücum edən İran vətəndaşıdır - YENİ DETALLAR](https://azvision.az/photos/2023/01/63a10f22-734c-3543-860a-4fc15697eb3c_850-1674806180.jpg)
O, binaya daxil olan kimi atəş açıb. Səfirliyin mühafizə xidmətinin rəisi hadisə zamanı silahsız olub.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
AzVision.az
Teqlər: