Tehran polisi: "Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib"
Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, - deyə polis rəisi vurğulayıb.
Xatırladaq ki , bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.(APA)
AzVision.az
Teqlər: