Bayden fevralda Avropaya səfər edə bilər
![Bayden fevralda Avropaya səfər edə bilər Bayden fevralda Avropaya səfər edə bilər](https://azvision.az/photos/2023/01/1674748854.jpg)
Baydenin Avropaya səfəri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümünə təsadüf edə bilər. Eyni zamanda, Amerika liderinin hansı Avropa ölkələrinə səfər etməyi planlaşdırdığı və Ukraynaya səfər edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, sentyabrın 9-da ABŞ dövlət katibi Entoni Blinken elan olunmamış səfərlə Kiyevə gəlib. Ukraynanın paytaxtında o, ABŞ-ın Avropaya iki milyard dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Səfər zamanı Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə yarım saata yaxın danışıb.
AzVision.az
Teqlər: