Britaniya "Challenger 2" tanklarını Ukraynaya verəcəyi tarixi açıqladı
![Britaniya "Challenger 2" tanklarını Ukraynaya verəcəyi tarixi açıqladı Britaniya "Challenger 2" tanklarını Ukraynaya verəcəyi tarixi açıqladı](https://azvision.az/photos/2023/01/challenger_2_gettyimages_852668074_9_480x270-1674740810.jpg)
“Biz bunun martın sonunda olacağını planlaşdırırıq. Həmin vaxtadək Ukrayna hərbçiləri tankların istismarı və texniki xidməti üzrə intensiv təlim keçəcəklər", - məlumatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak Prezident Volodimir Zelenski ilə telefon danışığında Ukraynaya “Challenger 2” tankları, eləcə də əlavə artilleriya sistemləri verəcəyini rəsmən təsdiqləyib.
Ukrayna ekipajları yaxın vaxtlarda Britaniyada “Challenger 2” tankları üzrə təlimlərə başlamalıdır. Hazırlıq kursunda 60-a yaxın hərbçi iştirak edəcək.
AzVision.az
Teqlər: