Rusiyanın peyki düşdü

Rusiyanın peyki düşdü
  16 May 2014    Oxunub:965
Rusiyanın ən güclü əlaqə peyki "Ekspress-AM4R" ilə Baykonur kosmodromundan buraxılmış "Proton" raketi Qazaxıstanın xaricində düşüb.
Rusiyanın ən güclü əlaqə peyki ilə olan "Proton" raket-daşıyıcının düşməsi Qazaxıstanın xaricində üçüncü pillənin işi sahəsində baş verib.

RİA Novosti xəbər verir ki, hələlik düşmə ilə əlaqədar qurbanlar və dağıtmalar haqqında məlumat yoxdur.

`Roskosmos`un məlumatına görə, raket atmosferin üst qatlarında olanda, "Proton"un üçüncü pilləsinin işi zamanı qəza baş verib.
"Raket-daşıyıcının üçüncü pilləsinin işi mərhələsində çıxartma zamanı ştatdankənar vəziyyət yaranıb və "Ekspress-AM4R" kosmik aparatı orbitə çıxarılmayıb. Hal-hazırda dövlət komissiyasının nümayəndələri telemetrik informasiyanı təhlil edirlər və ştatdankənar vəziyyətin yaranmasının səbəblərini müəyyənləşdirirlər", - Roskosmos rəhbərinin mətbuat katibi deyib.

Fövqəladə hadisə uçuşun 540-cı saniyəsində baş verib.
Qəza səbəblərinin müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda xüsusi komissiya yaradılacaq.


Teqlər:





Xəbər lenti