ABŞ İtaliyaya 200 dəniz piyadası göndərir
Pentaqon sözçüsü polkovnik Steven Varren “Fövqəladə vəziyyətlə əlaqədar dəniz piyadalarının İtaliyaya göndərilməsinə qərar verdik. Şimali Afrikada vəziyyətin ciddi bir şəkildə gərginləşməsinin təhlükəli vəziyyət meydana gətirəcəyini düşünürük”, - deyə qeyd edib.
Pentaqon sözçüsü hansı təhdidlərdən bəhs edildiyi mövzusunda açıqlama verməsə də, son zamanlarda Liviyada baş verən hadisələrdən Amerikanın narahatlıq keçirdiyini ifadə edib.(axar.az)
Teqlər: