NATO: “Ukraynaya kömək edə bilməcəyəyik”
Onun sözlərinə görə, bu məsələlərə alyansa üzv ölkələr tərəfindən baxılmalıdır: “Bir təşkilat kimi NATO-nun nə avadanlığı nə də kəşfiyyat xidməti yoxdur. Ona görə də bu cür məsələlər ölkələr arasında ikitərəfli qaydada həll edilməlidir”.
O, xatırladıb ki, hərbi alyans Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi, Ukraynanın hərbi təlimlərdə iştirakı etməsi də daxil olmaqla müxtəlif sahələrdə bu ölkə ilə əməkdaşlığı genişləndirməyə qərar verib.
“Hesab edirəm ki, biz gələcəkdə daha artığını edə bilərik. Lakin NATO-ya üzv olmaqla, olmamaq arasında fərqlər var. Vaşinqton sazişinin beşinci bəndinə əsasən kollektiv müdafiə yalnız alyansa üzv ölkələr şamil edilir”, -deyə Rasmussen Slovakiyanın paytaxtı Bratislavada təhlükəsizliklə bağlı keçirilən konfransda çıxış zamanı bildirib.
Teqlər: