Vyetnam Çinə qarşı: 20 ölü, yüzlərlə yaralı - VİDEO
Vyetnamın cənubunda Çin əleyhinə etiraz aksiyaları keçirilib. Yerli əhali Çin, Cənubi Koreya, Yaponiya və Tayvandan olan investorların iştirakı ilə yaradılan fabrik və zavodlara hücum edərək, bu müəssisələri yandırıblar.
Hadisə nəticəsində ən azı 21 zavod işçisi ölüb, onlardan 16-ı Çin, 5 isə Vyetnam vətəndaşıdır. Yaralanan yüzlərlə Çin vətəndaşı isə xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Rəsmi Pekin Hanoydan ölkədə yaşayan Çin vətəndaşları və təşkilatlarının təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Qeyd edək ki, tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb Çinin mayın birində Cənubi Çin dənizində qazma platformasını qurmasıdır. Rəsmi Pekin avqustun birindən etibarən Parasel adaları ətrafında neft və qaz hasilatı üzrə kəşfiyyat işləri aparmaq niyyətindədir. Lakin Vyetnam bu adaların ona məxsusu olduğunu iddia edir. Bu yaxınlarda platformanın yerləşdiyi ərazidə Çin və Vyetnam məxsus patrul gəmiləri arasında silahlı toqquşma baş verib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: