Türkiyədə ölü sayı 282-yə çatdı

Türkiyədə ölü sayı 282-yə çatdı
  15 May 2014    Oxunub:1009
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Soma qəsəbəsindəki mədəndə baş verən partlayışda ölənlərin sayının 282 nəfərə çatdığını deyib.

AzVision.az `Sondakika.com`a istinadən xəbər verir ki,Taner Yıldız bu gün Türkiyə vaxtı ilə saat 08:00-a aid məlumatı çatdırıb.

Onun sözlərinə görə, 271 cəsəd artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, ötən gün Manisa şəhərinin Soma bələdiyyəsində baş verən mədən qəzası ilə bağlı 3 gün matəm elan olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti