NASA: “Okean suyu 4,5 metr qalxacaq” - VİDEO

NASA: “Okean suyu 4,5 metr qalxacaq” - VİDEO
  15 May 2014    Oxunub:3709
Yaxın 100 ildə dünya okeanının səviyyəsi 4, 5 metr hündürlüyə qalxacaq.
AzVision.az-ən məlumatına görə, bu barədə “NASA” və Koliforniya Universiteti xəbər verib.

Dünya okeanın səviyyəsinin qalxmasının əsas səbəbi Antarktika buz kütlələrinin əriməsidir.

Bu prosesin başlamasına səbəb qlobal iqlim dəyişikliyi və Antartika üzərində yaran ozon qatı dəliyidir. Məhz bu dəliyin nəticəsində Antarktika küləklərinin istiqaməti dəyişib ki, bu da regionda suyun temperaturunun qalxmasına səbəb olub.

“NASA” araşdırmaları 40 il ərzində aparılıb. Alimlər zəncirvari reaksiyanın artıq işə düşdüyünü və prosesin qarşısının alınmasının mümkün olmadığını vurğulayıblar.



Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:  





Xəbər lenti