Ərdoğan: dağıntılar altında hazırda 120 nəfər var

 Ərdoğan: dağıntılar altında hazırda 120 nəfər var
  15 May 2014    Oxunub:955
Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış təkcə hadisə nəticəsində ölənlərin, onların yaxınlarının deyil, 77 milyonluq Türkiyə xalqının faciəsidir.
Məlumata görə, bunu canlı yayımda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, xilasetmə işləri zamanı hər cür imkandan, müasir üsullardan istifadə olunub: "Hazırda 120 nəfər dağıntılar altındadır".

Baş nazir qeyd edib ki, hazırkı məlumata görə, faciə nəticəsində 238 nəfər ölüb, 80 nəfər yaralanıb: "Baş vermiş hadisə xırda detallarına qədər araşdırılacaq və ictimaiyyətə açıqlanacaq".

R.T.Ərdoğan xalqı bu həssas dövrdə şayiələrə uymamağa çağırıb: "Türkiyədə bu həssas dövrdən istifadə edərək qalmaqal yaratmaq istəyən radikal qruplar var və əhalini bu məsələdə diqqətli olmağa çağırıram". (trend)


Teqlər:  





Xəbər lenti