Fələstin İsraillə danışıqlara hazırdır

Fələstin İsraillə danışıqlara hazırdır
  14 May 2014    Oxunub:866
Rəsmi Təl-Əviv üç ay ərzində yalnız sərhəd məsələsini müzakirə etməyə razılıq versə, Fələstin-İsrail danışıqları bərpa oluna bilir.
AzVisiojn.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin Rusiyadakı səfiri Faed Mustafa bildirib.

Onun sözlərinə görə, tərəflər arasında sərhəd məsələsi həll olunduqdan sonra digər məsələlər müzakirə edilə bilər.

“Biz, fələstinlilər, beynəlxalq birlik və BMT qətnamələri əsasında bu münaqişəni həll etməyə və İsraillə danışıqları bərpa etməyə hazırıq. Lakin bunun üçün İsrail tərəfi iki şərtə əməl etməlidir: İsrail Fələstin torpaqlarda məskunlaşma siyasətini dayandırmalı və ilk üç ay ərzində yalnız sərhəd məsələsi müzakirə edilməlidir.”, -deyə fələstinli diplomat bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti