Putindən Ərdoğan və Gülə başsağlığı

Putindən Ərdoğan və Gülə başsağlığı
  14 May 2014    Oxunub:1173
Rusiya prezidenti Vlamdimir Putin Türkiyənin Manisa şəhərində Soma bölgəsində baş verən mədən qəzası ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
AzVision.az-ın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti ölənlərin yaxınları və ailələrinə səbr diləyib.

Rusiya prezidenti həmçinin hadisə nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Soma bölgəsində mədəndə partlayış baş verib. İnsident növbə dəyişikliyi zamanı baş verib. Nəticədə yüzlərlə insan yerin altında qalıb. Son məlumatlara əsasən, hadisə nəticəsində 232 nəfər ölüb, xeyli insan yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti