Türkiyədə tabut səfərbərliyi başladı

Türkiyədə tabut səfərbərliyi başladı
  14 May 2014    Oxunub:1008
Türkiyədə baş verən mədən faciəsi daha bir ürəkağrıdan hadisəyə səbəb olub.
AzVision.az xəbər verir ki, faciənin böyüklüyünü və itkinin daha da artacağını nəzərə alan səlahiyyətlilər tabut səfərbərliyinə başlayıb.

Ölü sayının artmasına görə, dünən gecədən etibarən məscidlərdən tabutlar toplanmağa başlanılıb. Mərkəzdə yığılan tabutların azlıq etməsinə görə kənd məscidlərindən də tabut toplanılıb.

Eyni zamanda Manisadan kənar vilayətlərdən də tabut və cənazə daşıyan maşınlar köməyə göndərilib.

Emin


Teqlər:  





Xəbər lenti