Ukraynanın Bakıdakı təmsilçisi: `Rusiya sabitliyə təhlükə yaradan təcavüzkara çevrilib`

 Ukraynanın Bakıdakı təmsilçisi: `Rusiya sabitliyə təhlükə yaradan təcavüzkara çevrilib`
  14 May 2014    Oxunub:1111
“Rusiya prezidenti Vladimir Putinin işğal olunan Krıma səfəri, onun Sevastopol şəhərində hərbi paradın keçirilməsində iştirakı bizim qanunvericilik, müstəqilliyimiz, ərazi bütövlüyümüzün kobud şəkildə pozulmasıdır və bu beynəlxalq hüquqa təhlükə yaradır”.

AzVision.az-ın məlumatına görə, bu barədə keçirilən mətbuat konfransında çıxışı zamanı Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov bildirib.

Rüstəmov vurğulayıb ki, “Ukraynanın müvəqqəti işğal olunan ərazilərində vətəndaşların hüquq və azadlıqlarının təmin olunması haqqında” qanun aprelin 27-də qəbul olunub və may ayının 8-də qüvvəyə minib.

Bu qanuna əsasən, Krım Muxtar Respublikası və Sevastopol şəhərinin ərazisi qanunsuz olaraq işğal edilib. Həmin ərazilər Ukraynanın ayrılmaz hissələridir, ölkənin konstitusiya və qanunları bu ərazilərə də şamil edilir.

Onun sözlərinə görə, qanuna əsasən Ukraynanın müvəqqəti işğal edilən ərazilərinə xarici vətəndaşların giriş və çıxışları Ukraynanın müvafiq orqanları tərəfindən verilən xüsusi icazə və müəyyən edilmiş giriş-çıxış məntəqələrindən həyata keçirilir.

Rüstəmov vurğulayıb ki, Rusiya rəhbərlərinin Krım Muxtar Vilayətinə və Sevastopola səfər etməsi bu qanun kobud şəkildə pozulmasıdır.

O, xatırladıb ki, bu səviyyədə səfərlərin təşkil edilməsi üçün beynəlxalq təcrübə mövcuddur. Bununla bağlı qəbul edən ölkənin dəvəti olmalıdır. Lakin bu səfərin həyata keçirilməsi üçün Ukrayna tərəfinin müvafiq icazəsi olmayıb. Rusiyanın bu davranışı onu göstərir ki, II Dünya Müharibəsində xilaskar dövlətlərdən biri olan Rusiya bu gün sabitlik və sülhə təhlükə yaradan təcavüzkara çevrilib.

Balifa Baxşıyeva
Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti