Petrosyanın ürəyinə stent qoyulub

Petrosyanın ürəyinə stent qoyulub
  22 Dekabr 2022    Oxunub:715
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan əməliyyat olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının birinci prezidentinin mətbuat katibi Arman Musinyan Facebook səhifəsində məlumat yayıb. Qeyd edilir ki, “Prezident Levon Ter-Petrosyanın ürəyinə stent qoyulub. O, əməliyyatdan uğurla keçib və planlı tibbi müayinədən sonra "Best Life" Kardioloji Klinikasından evə buraxılıb".

Xatırladaq ki, dekabrın 19-da Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı. 77 yaşlı eks-prezidentin səhhəti ilə bağlı əlavə məlumat verilməmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Əməliyyat  





Xəbər lenti