Bayden Zelenskiyə söz verdi

   Bayden Zelenskiyə söz verdi
  22 Dekabr 2022    Oxunub:931
Vaşinqton Kiyevə Patriot zenit-raket kompleksləri verəcək. Bu barədə CBS News ABŞ prezidenti Co Baydenə istinadən məlumat yayıb.
"Biz Ukraynanın müdafiə qabiliyyətini, xüsusən də hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcəyik. Ona görə də ölkəni "Patriot" raket batareyası ilə təmin edəcəyik", - o deyib.

Siyasətçi Ukrayna Silahlı Qüvvələrinə (APU) “Patriot” hava hücumundan müdafiə sistemindən düzgün istifadə üzrə təlim keçəcəyini vəd edib.

Bundan əvvəl Bayden etiraf etmişdi ki, müasir silahların Kiyevə ötürülməsi NATO-nun Avropadakı fəaliyyətinə zərər verə bilər. O qeyd edib ki, bu cür tədarüklər NATO ilə Avropa İttifaqı arasında qırılmaya səbəb ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti