Zelenski Ağ Evə gəlib - YENİLƏNİB

   Zelenski Ağ Evə gəlib -  YENİLƏNİB
  21 Dekabr 2022    Oxunub:1516
Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.
AzVision.az xəbər verir ki, onu ABŞ prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb.

Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.







***

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi ABŞ-nin paytaxtı Vaşinqtona çatıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:30 radələrində paytaxt yaxınlığındakı "Endryus Birgə Bazası"na enib. 

Zelenski ABŞ-a xüsusi hərbi təyyarə ilə səfər edib. Yaxın saatlarda Zelenski və ABŞ-li həmkarı Cozef Bayden arasında mətbuat konfransının olacağı gözlənilir.

Qeyd edək ki, bu, Zelenskinin müharibə başlayandan sonra xaricə ilk rəsmi səfəridir.







AzVision.az


Teqlər:





Xəbər lenti