İran polisi daha bir məşhur futbolçunu saxlayıb

   İran polisi daha bir məşhur futbolçunu saxlayıb
  21 Dekabr 2022    Oxunub:948
İran polisi tanınmış futbolçulardan birinin həbs edilməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, Tasnim agentliyi polisin saxlanılan şəxsin adını açıqlamadığını yazıb.
Qeyd edilir ki, yüksək liqanın keçmiş oyunçusu qanunsuz qurulan məclisdə sərxoş vəziyyətdə saxlanılıb.

Məlumata görə karyerası ərzində “Persepolis”, “İstiqlal”da çıxış etmiş həmin oyunçu indi bölgə komandalarından birində çıxış edir. Futbolçunun qolu ötən axşam qandallanıb.
Qurum saxlanılan şəxsin adını açıqlamasa da, onun bundan öncə də oxşar hadisə törətdiyi iddia edib. Bu barədə intizam komitəsində xüsusi qeydlər də olub.

Qeyd edək ki, İranda baş verən etiraz aksiyalarına idmançılar, futbolçular da kütləvi şəkildə qoşulurlar. Bu səbəbdən Tehran hətta bir neçə məşhur futbolçuya ölüm hökmü dü çıxarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti