"Dəhlizin açılması üçün güc tətbiq edə bilmərik" - Erməni deputat

   "Dəhlizin açılması üçün güc tətbiq edə bilmərik" -    Erməni deputat
  21 Dekabr 2022    Oxunub:864
Ermənistan müxalifəti Azərbaycana qarşı radikal çağırışlar edib. AzVision.az xəbər verir ki, müxalifəti təmsil edən erməni deputatlar İrəvanı Laçın dəhlizinin açılması üçün güc tətbiq etməyə çağırıblar.
Bu gün parlamentdə jurnalistlərə açıqlama verən hakim partiyanın deputatı Arman Yeqoyan təklifin təhlükəli olduğunu deyib.

Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən yolun bağlanmasından danışan deputat müxalifətə "buna gərək yoxdur" cavabını verib. O həmçinin qeyd edib ki, “Yollar həm bağlı qalır, həm də hərdən açılır. Düzdür bu insanların kütləvi şəkildə keçməsi ilə müşayət olunmur. Dəhlizin açılması üçün bir kəlmə belə kifayət edər. Yaxud da birdəfəlik bağlı qalması üçün sükut da kifayətdir”.

Eqoyan jurnalistin “Yol yeni ilə qədər açılacaqmı?” sualına isə belə cavab verib: “Belə bir şansı var. Amma əksi də mümkündür. Yol iki halda açıla bilər. Bu dəhlizi bağlayan tərəfin tələbləri yerinə yetirilməsindən sonra mümkündür. Yaxud da qarşı tərəf onların tələblərinin yerinə yetirilmədiyini və istəklərinin baş tutmasının artıq mümkün olmadığını gördükdə açıla bilər. Biz ikinci variantla irəli getməliyik. Çünki birinci variantla sadəcə getməyə heç bir yerimiz yoxdur”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dəhliz   Ermənistan  





Xəbər lenti