Putin Makronun ad gününü təbrik etməyəcək

   Putin Makronun ad gününü təbrik etməyəcək
  21 Dekabr 2022    Oxunub:663
Rusiya lideri Vladimir Putin dekabrın 21-də 45 yaşı tamam olacaq Fransa prezidenti Emmanuel Makronla telefon danışığı planlaşdırmır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov fransalı siyasətçinin yubileyi münasibətilə mümkün təbrik ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu gün prezident Makronla telefon danışığını planlaşdırmır", - dövlət başçısının mətbuat katibi bildirib. Peskov onu da əlavə edib ki, Yelisey sarayına təbrik teleqramının göndərilməsi barədə hələlik məlumat yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti