Türkiyədən son xəbər: ölü sayı artır

Türkiyədən son xəbər: ölü sayı artır
  14 May 2014    Oxunub:915
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Soma qəsəbəsindəki mədəndə baş verən partlayışda ölənlərin sayının 205 nəfərə çatdığını deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir 80 işçinin yaralı olduğunu deyib. O bildirib ki, yanğın hələ tam söndürülməyib:

“Mədəndə işləməyənlər də içəridədir. Ölənlərin sayının artacağından qorxuuq. Daha kritik bir mərhələyə keçmişik. Xilasetmə işlərinə fasilə verilməyib, amma vaxt keçdikdə vəziyyət daha da pisləşir. Hazırda 430 nəfər adam xialsetmə işləri ilə məşğuldur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti