Ermənistana yük daşıyan iranlı sürücü xəstəxanalıq oldu

"Dekabrın 20-də saat 13:51-də Fövqəladə Hallar Nazirliyinə Gorus-Şinuayr avtomobil yolunda qəza baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin xüsusi briqadası gəlib. Məlum olub ki, yolun 18-ci kilometrliyində 60 yaşlı İran vətəndaşının idarə etdiyi HOWO markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq elektrik dirəyinə çırpılıb. Sürücü yük maşınının kabinəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texnikanın köməkliyi ilə kabinəni genişləndiriblər. Xəsarət alan İran vətəndaşı xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az