"Yaranmış təcili vəziyyətlərdə hər dəqiqə önəmlidir. Bir sıra xəstələrin vəziyyəti ağır qiymətləndirilir və həyati vacib tibbi yardımlar ala bilmirlər. Bütün insanların vaxtında tibbi yardım almaq hüququ var", - Avanesyan Tvitterdə yazıb.
Bundan əvvəl isə Xankəndidəki tibb mərkəzinin direktoru Mher Musaelyan Sputnik Ermənistan-a açıqlamasında demişdi ki, ağır xəstələrdən biri onun xəstəxanasında dünyasını dəyişib. 1980-ci il təvəllüdlü həmin kişi son 15 ildə hemodializlə yaşayıb və əlavə müayinəyə ehtiyacı olub.
Qeyd edək ki, Laçın dəhlizi aksiya səbəbindən bağlı qalsa da, bu yol humanitar məqsədlər üçün daim nəqliyyata açıq olur. Hətta Ermənistana məxsus təcili tibbi yardım maşını da dəhlizdən rahat şəkildə keçə bilib.
Tural Tağıyev
AzVision.az