Türkiyədə 3 günlük MATƏM elan olundu

Türkiyədə 3 günlük MATƏM elan olundu
  14 May 2014    Oxunub:878
Türkiyədə baş verən mədən qəzası ilə bağlı 3 gün matəm elan olunub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Nazirlik qərar verib. Dünəndən etibarən ölkədə 3 günlük matəm başlayıb, ölkədəki bütün bayraqlar yarıya qədər endirilir.

Qeyd edək ki, ötən gün Manisa şəhərinin Soma bələdiyyəsində yerləşən mədəndə baş verən yanğın nəticəsində 201 işçi dünyasını dəyişib. Hazırda içəridə qalanların axtarışları davam etdirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti