"Ermənistan iqtidarı istisna olmaqla, hamı günahkardır?" - Erməni deputat

 "Ermənistan iqtidarı istisna olmaqla, hamı günahkardır?" -    Erməni deputat
  20 Dekabr 2022    Oxunub:532
"Ermənistan hökuməti ictimai şüurla manipulyasiya edir. Deyir ki, Laçın dəhlizi probleminin həlli Rusiya sülhməramlılarının səlahiyyətidir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə müxalifətçi deputat, “Mənim şərəfim var” blokunun nümayəndəsi Tiqran Abramyan deyib. O, hökumətə sual ünvanlayaraq Qarabağ ermənilərinin taleyinin kimin məsuliyyətində olduğunu soruşub.

“Təsəvvür edin ki, Qarabağda baş verənlər sabah Ermənistanın istənilən bölgəsində baş verə bilər. Onda deyəcəklər ki, müəyyən bir ərazinin təhlükəsizliyini qorumaq üçün ölkənin resursları yoxdur? Bundan sonra Rusiya hərbi bazasını ittiham etməyə və onun çıxarılmasını tələb etməyə başlayacaqlar? Hökumət indi böhranı həll etmək üçün nə etdiyinə dair cavab verməyə borcludur”, - Abrahamyan bildirib.

Siyasətçi hesab edir ki, Ermənistan rəhbərliyinin mümkün fəaliyyət ssenariləri yoxdur.

Onun fikrincə, hökumət faktiki olaraq kənara çəkilərək yalnız xarici strukturlara məktublar göndərməklə başını qatır, eyni zamanda sülhməramlıları öz funksiyalarını yerinə yetirməməkdə günahlandırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti