Pentaqonun gələn ilki büdcəsi 798 milyard dollardır

Pentaqonun gələn ilki büdcəsi 798 milyard dollardır
  20 Dekabr 2022    Oxunub:501
ABŞ Müdafiə Nazirliyi 2023-cü maliyyə ilində fəaliyyəti üçün 797,7 milyard dollar alacaq.
Bu barədə ABŞ Senatının büdcə ayırmaları komitəsi məlumat yayıb. Bu məbləğ ötən maliyyə ilindən 69,3 mlrd daha çoxdur. Qanun 858 milyard dollar məbləğində müdafiə xərclərini nəzərdə tutur. Bunun bir hissəsini Pentaqon alacaq, yerdə qalan vəsait nüvə başlıqlarının döyüş hazırlığı və Energetika Nazirliyinin proqramında saxlanılmasına yönəldiləcək.

Eyni zamanda ABŞ Çinin Hind-Sakit Okeandakı təsirinə qarşı mübarizə üçün 1,8 milyard dollar, Ukraynaya və NATO-dakı müttəfiqlərinə 44,9 milyard dollar təxirəsalınmaz yardım ayıracaq.

AzVision.az


Teqlər:





Xəbər lenti