"Bu gün Qarabağda baş verənlər sabah ölkəmizdə yaşanacaq" - Erməni deputat

Onun sözlərinə görə, hətta dəhlizin açılması məsələsinin birbaşa Rusiya sülhməramlı kontingentinin məsuliyyəti olduğunu düşünsələr belə, o zaman hakimiyyətə sadə bir sual ünvanlamalıdır. Bəs Qarabağ ermənilərinin taleyinə kim məsuliyyət daşıyır?
"Başa düşürsünüz? Qarabağda baş verənlər sabah Ermənistanın istənilən bölgəsində də baş verə bilər. Bəs onda nə olacaq? Hakimiyyət deyəcək ki, ölkənin bu və ya digər regionun təhlükəsizliyini qorumaq üçün resursları yoxdur? O zaman onlar Rusiyanın ölkəmizdəki hərbi bazasını günahlandırmağa və hərbçilərin Ermənistan çıxarılmasını tələb etməyə başlayacaqlar?”, - Abrahamyan gileylənib.
O qeyd edib ki, səfirliklərin yanında aksiya keçirə, kimi gəldi tənqid edə, kimdənsə nələrisə tələb edə bilərsən, amma məsuliyyət ilk növbədə Ermənistan hakimiyyətinin üzərinə düşür. Onun fikrincə, hakimiyyət faktiki olaraq proseslərdən kənara çəkilərək yalnız xarici strukturlara məktublar göndərməklə məşğuldur. Eyni zamanda İrəvan sadəcə sülhməramlıları öz funksiyalarını yerinə yetirməkdən imtina etməkdə günahlandırır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Qarabağ Deputat