Kanada Abramoviçin pullarını əlindən alır

   Kanada Abramoviçin pullarını əlindən alır
  19 Dekabr 2022    Oxunub:671
Kanada hökuməti iqtisadi sanksiyalara məruz qalan rusiyalı iş adamı Roman Abramoviçin aktivlərininin üzərinə həbs qoyulması və onların müsadirəsi prosesinə başlayıb.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli adından yayılan bəyanatda deyilir. Artıq oliqarx Roman Abramoviçə məxsus “Granite Capital Holdings Ltd”dən 26 milyon ABŞ dolları müsadirə ediləcək.

Qeyd olunur ki, rəsmi Ottava ilk dəfə sanksiya tətbiq edilən vətəndaşların aktivlərinin müsadirəsinə imkan verən müddəadan istifadə etməyi qərara alıb. Bunun üçün Kanada XİN başçısı məhkəməyə müraciət etməli olacaq, məhkəmənin müsbət qərarı olduğu halda bu vəsait Ukraynanın bərpasına yönəldiləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti