Petrosyan xəstəxanaya yerləşdirildi: Ürəyində problem var

 Petrosyan xəstəxanaya yerləşdirildi:  Ürəyində problem var
  19 Dekabr 2022    Oxunub:852
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan faktı təsdiq edib. O, eks-prezidentin kardioloji mərkəzə yerləşdirildiyini və orada müntəzəm tibbi müayinədən keçdiyini bildirib.

Qeyd olunub ki, Petrosyanın həmin xəstəxananı seçməsinə səbəb onun şəxsi həkimi Xaçik Hambardzumyanın orada işləməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti