“Yeni Şafak”: Böhranla üz-üzə qalan Aİ Bakının qapısını döyür

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, Rumıniya, Macarıstan, Gürcüstan və Azərbaycan arasındakı elektrik kabeli Qara dənizin hər iki sahilini birləşdirəcək.
Nəzərə çatdırmaq lazımdır ki, dekabrın 17-də Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Qara dənizin dibi ilə elektrik kabel çəkiləcək ki, bununla da Azərbaycan Gürcüstan vasitəsilə Macarıstan və Rumıniyaya elektrik enerjisi ötürəcək. Bu, Rusiyanın enerji daşıyıcılarından imtina edən Avropa üçün alternativ enerji mənbəyidir.
Buxarestdə keçirilən imzalama mərasimində çıxış edən Ursula Fon der Lyayen bəyan edib ki, yeni layihə Avropa İttifaqının Cənubi Qafqazdakı tərəfdaşları ilə əlaqələrini daha da yaxınlaşdıracaq və ekoloji cəhətdən təmiz enerjisi istehlakına keçidi asanlaşdıracaq. Avropa Komissiyasının sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da qeyd edib.
AzVision.az
Teqlər: